XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 16:21

“II təyyarə böhranı”nın yeni detalı: Türkiyə və Suriya orduları döyüşüblər

 

ucaklar

İki gün öncə rus təyyarələrinin Türkiyə Silahlı Qüvvələri mənsublarının yerləşdiyi binanı bombalaması nəticəsində 3 əsgər ölmüş, 11-i isə yaralanmışdı.

Rusiya-Türkiyə arasında növbəti diplomatik gərginliyə yol açan, iki ölkəyə mənsub müxtəlif rəsmilərin qarşılıqlı polemikalarıyla davam edən insidentin yeni bir detalı üzə çıxıb. Məlumata görə, hadisənin baş vermə səbəbi Suriyanın şimalında yerləşən əl-Bab qəsəbəsində Türkiyə ilə Bəşər Əsəd ordusunun qarşı-qarşıya gəlməsi və döyüşməsidir.

Strateq.az xəbər verir ki, iddianı Rusiyanın “Vedomosti” qəzeti irəli sürüb.

Bildirildiyinə görə, bu iki hərbi birliklərinin çarpışmasının səbəbkarı Türkiyə tərəfindən müdafiə olunan Azad Suriya Ordusu imiş.

“Fərat qalxanı” əməliyyatında 2500 silahlısı ilə iştirak edən ASO əl-Bab yaxınlığındakı əl-Hus kəndi ətrafında Bəşər Əsəd ordu mənsublarıyla qarşılaşır. Əsəd ordusuna bəslədikləri nifrət ASO silahlılarını onlara atəş açmağa vadar edir. İki silahlı qüvvə arasında döyüş başlayır. Türk ordusu da hadisəyə müdaxilə edir və qarşı tərəfə atəş açır. Döyüşün ardından kəndə daxil olan  türk tərəfi qısa müddətdən sonra rus təyyarələrinin hücumuna məruz qalır. Məgər ki, həmin kənd Türkiyə və Suriya orduları arasında neytral zona kimi qəbul olunubmuş və sıxışdırılaraq bölgədən uzaqlaşdırılan Suriya əsgərləri insidentin baş verdiyi ərazilərin koordinatlarını ruslara verib.

İddiaya görə, həm Suriya, həm də rus ordusu əl-Husda qarşılarına çıxan qüvvənin İŞİD-ə mənsub olduğunu zənn ediblər.

Dünən Rusiya prezidenti sözçüsü Vladimir Peskovun hadisə ilə bağlı açıqlamasındakı bir məqam “Vedomosti”nin xəbərini təqdiqləyəcək mahiyyətdədir. Sözçü “Ankara ilə razılaşdırılmış bölgəni bombaladıqlarını və Türk ordusunun həmin ərazidə olmaması gərəkdiyini” bildirmişdi.

Bir ASO səlahiyyətlisi də “Supitnik” xəbər agentliyinə açıqlamasında  əl-Babın 30%-ni aldıqlarını və həqiqətən, qəsəbə yaxınlarında Suriya ordusuyla atışdıqlarını etiraf etmişdi.

Heydər Oğuz

Strateq.az