"Al-Arabiya News"un məlumatına görə, Cenevrədə keçiriləcək sülh danışıqlarında Suriya müxalifətinin aparıcı vasitəçisii Məhəmməd Səbrə olacaq.
Strateq.az xəbər verir ki, M.Səbrənin namizədliyi Riyadda keçirilən toplantıda təsdiqlənib.
Nasir Həriri isə Suriya müxalifətinin aparıcı nümayəndəsi elan edilib.
Ümumillikdə suriyalı müxalif qruplar Cenevrə danışıqlarına 20 nümayəndə və 20 məsləhətçi göndərmək niyyətindədir.
Xatırladaq ki, Cenevrə danışıqları fevralın 20-də keçiriləcək.