ABŞ Gürcüstanda döyüş təlimi mərkəzi tikəcək.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi öz saytında xəbər verir.
Məlumata görə, bu barədə razılıq Gürcüstan ordusu rəhbərliyinin ABŞ ordusu komandanlığınn Avropadakı 7-ci təlim mərkəzinə səfəri zamanı əldə edilib. Görüşlərdə ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandiri, general-leytenant Ben Hoces də iştirak edib. Bundan başqa tərəflər müdafiə sahəsində əməkdaşlıq barədə 3 illik müqavilə imzalayıblar.
Bundan əvvəl ABŞ senatoru Con Makkeyn Tbilisiyə səfəri zamanı bildirmişdi ki, onun ölkəsi Gürcüstana dəstək verməkdə davam edəcək və Rusiyaya qarşı yeni sanksiyaları qoymağa çalışacaq.
Azadliq.org