XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 21:11

İŞİD-in “xəlifəsi” yaralanıb –Qərargaha hava hücumu

Bağdadi

"İslam Dövlətinin xəlifəsi" Əbubəkr əl-Bağdadi əl-Ənbar əyalətinin əl-Qaim şəhərindəki qərargaha hava hücumu zamanı ağır yaralanıb.

Strateq.az "Baghdad Post" nəşrinə istinadla xəbər verir ki, bunu təhlükəsizlik üzrə ekspert Fazil Əburizif bildirib.

O, "Facebook" səhifəsində etibarlı mənbələrə istinadla qeyd edib ki, əl-Bağdadi Ənbar quberniyasında İŞİD liderləri ilə görüş keçirərkən hava hücumu həyata keçirilib.

Ekspert görüşdə iştirak etmiş bir çox səhra komandirlərinin öldürüldüyünü iddia edir.