İranın Ali Məhkəməsinin sədri Ayətullah Sadiq Laricani sabiq prezident Məhəmməd Xatəminin "milli barşıq" çağırışını rədd edib.
Strateq.az xəbər verir ki, S.Laricani deyib: "Milli barışıq anlayışının qavranılmasında prinsipial ziddiyyətlər var".
Ali Məhkəmə sədrinin sözlərinə görə, hakimiyyət orqanları və ya insanların zövqləri arasında fərqlər ola bilər, lakin inqilab, müstəqillik, ləyaqət və ölkə hakimiyyətinin ideallarına münasibətdə fərqlər olmamalıdır.
Xatırladaq ki, bu həftə İranın sabiq prezidenti Məhəmməd Xatəmi rəsmi Tehranın üzləşdiyi xarici təhlükələrlə bağlı müraciət yayıb.
Rəsmi saytında dərc edilən müraciətdə M.Xatəmi bütün siyasi qüvvələri "sistem və inqilab prinsipləri" ətrafında birləşdirməyə çağırıb: "Hətta bəzi siyasətçilərin incikliyi olsa belə, mən ölkənin ərazi bütövlüyü, milli maraqları, birlik və ahəngdarlıq naminə hamını ciddi düşünməyə dəvət edirəm".
M.Xatəmi son illlər siyasi fəaliyyətdən uzaqlaşdırılıb və KİV-lərə çıxışı yoxdur. Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin "yaşıl hərəkat"ını dəstəklədiyi üçün o, 2009-cu ildən "qara siyahı"dadır.
Xatəmi mərhum Haşimi Rəfsəncaninin dəfn mərasimində iştiraka da buraxılmayıb.