XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 22:56

İsrail axtarışda olan sabiq prezidentə qadağa qoydu:"Ölkəyə giriş yasaqdır"

ShowImage-222

İsrail Perunun sabiq prezidentinin ölkəyə daxil olmasına icazə verməyəcəyini bildirib.

Strateq.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, 2001-2006-cı illərdə Perunu idarə etmiş Alexandro Toledo yalnız öz problemlərini həll etdikdən sonra İsrailə ayaq basa bilər.

A.Toledonun xanımının ikili Belçika-İsrail vətəndaşlığı var. Bu gün sabiq prezidentin xanımı ilə birgə ABŞ-dan İsrailə uçması barədə xəbər yayılıb. Lakin Ben Qurion hava limanında eniş etmiş təyyarənin sərnişinləri arasında A.Toledo olmayıb. 

Braziliyanın "Odebrecht" tikinti firmasından 20 milyon $ rüşvət almaqda suçlanan A.Toledonun həbsinə sərəncam imzalanıb və o, beynəlxalq axtarışdadır.

Rəsmi Tel-Əvivin Peru ilə ekstradisiya müqaviləsi yoxdur.