XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 08:30

“Gallup”dan yeni sorğu:"Amerikalıların 55%-i Trampdan narazıdır"

trump

Amerikalıların 55 faizi Trampın fəaliyyətindən narazıdır.

APA-nın məlumatına görə, bunu "Gallup" İctimai Araşdirma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərib.

Rəy sorğusunda iştirak edənlərin 40%-i yeni prezidentin fəaliyyətini dəstəkləyib, 55%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.

Qeyd olunur ki, sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib.

"Gallup" İnstitutunun gündəlik sorğularında 1 500 ABŞ vətəndaşı iştirak edir.