XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 16:02

Azərbaycan prezidenti türkmənistanlı həmkarınıtəbrik edib

Qurbanqulu 2

Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov Türkmənistan prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, sizə ən xoş arzularımı yetirirəm. Seçkilərdə qazandığınız qələbə xalqınızın sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir. 

İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.  /APA