XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 16:38

Qardaşı Ziya Məmmədovun işdən çıxarılmasından danışdı:"Vaxt gələr, hər şeyə qiymət verilər”

eltonnfdfdf

Bu gün Prezident İlham Əliyevin  imzaladığı sərəncamla Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.

Strateq.az xəbər verir ki, ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Unikal.org-a məsələ ilə bağlı danışıb:

"Mən qardaşım Ziya Məmmədovun vətənə, dövlət başçısına sədaqəti, ölkə və xalqı üçün gördüyü işlərlə bağlı hər zaman qürur duymuşam və bu gün də qürur duyuram. Fəxr edirəm ki, Ziya Məmmədov kimi qardaşım var. Təki vəzifədə olan insanların hamısı Ziya Məmmədov kimi ölkə rəhbərinə və xalqına xidmət eləsinlər. Ziya Məmmədov əsl Azərbaycan vətəndaşıdır. Cənab prezidentin işdən azadetmə ilə bağlı sərəncamı müzakirə mövzusu ola bilməz”.

Ziya Məmmədovun gələcəkdə vitse-prezident olacağı ilə bağlı gəzən iddialar barədə E.Məmmədov bunları deyib: "Bu məsələ müzakirə mövzusu ola bilməz. Kantın belə bir aforizmi var: "Bunları zamanının ixtiyarına buraxaq". Vaxt gələr, hər şeyə qiymət verilər”.