XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 17:30

Donald Trampın müşaviri:"Qutulara ölmüş adamların adından bülletenlər atılıb"

2376975

Donald Trampın müşaviri Stiven Miller "ABC" kanalına müsahibəsində bir daha 2016-cı ili prezident seçkilərində saxtakarlığa yol verildiyini bildirib. 

Strateq.az xəbər verir ki, seçkilərdə "canlı meyitlər"dən istifadə olunub: "Qutulara ölmüş adamların adından bülletenlər atılıb".

D.Tramp da bundan əvvəl Nyu-Hempşir ştatındakı məğlubiyyətini seçki saxtakarlığı ilə əlaqələndirib.

Onun iddiasına görə, minlərlə miqrant adından qutulara Demokrat Partiyasından olan rəqibi Hillari Klintonun xeyrinə bülletenlər atılıb. Lakin respublikaçıların Nümayəndələr Palatasındakı təmsilçisi Pol Rayan 2016-cı ildə seçki saxtakarlığına dair heç bir dəlil olmadığını dilə gətirib.