Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilmə anını əks etdirən görüntü «World Press Photo» beynəlxalq fotomüsabiqədə qalib olub.
Strateq.az xariсi mətbuata istinadən xəbər verir ki, müsabiqənin əsas mükafatçısı «Associated Press»in fotoreportyoru Burhan Özbiliç olub.
Foto ötən il dekabrın 19-da Ankarada rus səfirin də iştirak etdiyi və sonradan qətlə yetirildiyi sərgidə çəkilib.
Burhan Özbiliç sərgiyə təsadüfən gedib. Yoldan keçərkən düşünüb ki, sərgidən Rusiya-Türkiyə münasibətlərinə dair yeni fotolar çəkə bilər.
Müsabiqədə 125 ölkədən 5 min fotoqrafın çəkdiyi 125 min foto iştirak edib. Yekunda 8 kateqoriya üzrə 45 foto mükafata layiq görülüb.