XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 18:52

Latviya XİN başçısı:“Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir”

Latviya 1

“Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir”.

Bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. “Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik. Bu, təkcə ATƏT-də deyil, Şərq Tərəfdaşlığı və Avropa İttifaqı çərçivəsində də müzakirə olunur”.  /APA