Suriya müxalifəti sabah Astanada başlayacaq danışıqlarda iştirak etməyəcək.
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, müxalifətin təmsilçisi Məhəmməd əl-Abud deyib: "Suriya rejimi Astana görüşündən əvvəl yaxşı məramına dair sübutlar təqdim etməlidir".
M.Abud bildirib ki, Rusiya atəşkəsin pozulmasına göz yumur və bu pozuntuları dayandırmağa cəhd etmir.