XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2017 - 09:49

Demokratlar Flinn-Kislyak söhbətinin məzmununu bilmək istəyir –Konqresdən FTB-yə müraciət

usa-konqres

ABD Konqresinin Nümayəndələr Palatasındakı demokratlar Federal Təhqiqatlar Bürosuna (FBI) müraciət etmək niyyətindədirlər.

Strateq.az xəbər verir ki, konqresmenlər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Maykl Flinn və Rusiya səfiri Sergey Kislyak arasında söhbətin məzmununu bilmək istəyirlər.

Bunu "MSNBC" telekanalına müsahibəsində Nümayəndələr Palatasının üzvü Adam Şiff (Kaliforniya ştatı, demokrat) bildirib.

A.Şiff həmkarları ilə birlikdə rusiyalı diplomat və general-leytenant arasında söhbətin məzmunu öyrənmək üçün FBI-dən yardım almaq niyyətində olduqlarını bildirib.

"Biz FBI və ya hər hansı digər kəşfiyyat təşkilatında bu söhbətin yazısının olub-olmadığını bilməkdən ötrü sorğu göndərməliyik. Milli Təhlükəsizlik üzrə köməkçinin ictimaiyyəti aldadıb-aldatmadığına əmin olmalıyıq", – demokrat-konqresmen deyib.

O, M.Flinni ittiham edib: "Flinn söhbət əsnasında ABŞ prezidenti tərəfindən Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Rusiya səfiri ilə müzakirələr aparıb-aparmadığın xatırlaya bilməyib. Bu unutqanlığa inanmaq çətindir. Bizə Trampın və Amerika xalqının etibar edə biləcəyi milli təhlükəsizlik üzrə köməkçi lazımdır".