XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 13:29

Komitə sədrindən nazir müavininə etiraz:"Siz hara baxırsız?"

arif-rehim

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni etirazla qarşılayıb.

Komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: "Amma Vilayət Zahirovun çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman”.

Komitə sədri subvensiya və dotasiya məsələsinə toxunub.

O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmayıb:

"Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?” /"Qafqazinfo”