XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2017 - 13:43

Nazirlikdən süni bahalaşma yaradan marketlərə –Xəbərdarlıq

market

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Bu barədə İqtisadiyyat Nazirliyindən Strateq.az-a verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir:

"Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəkdir".