XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 20:59

“Ermənilər Rusiyaya mesaj göndərirlər ki, Azərbaycanın qarşısını alın” –Politoloqdan şərh

Elxan Şahinoğlu

""Azərbaycan ordusu aprel ayında Dağlıq Qarabağa hücum edəcək" deyən erməni ekspertləri qabaqdangəlmişlik edərək dolayısıyla Rusiyaya mesaj göndərirlər ki, Azərbaycanın qarşısını alın".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, aprel ayında lokal toqquşmaların artacağını istisna etməyib:

"Ancaq bu may, iyun, iyul, avqust və digər aylarda da ola bilər. Ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı-hesabı yoxdur, düşmənin Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir.

Əgər itki vermək istəmirlərsə, gərək Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib, Xankəndi ətrafına çəkilələr. Ancaq bunun baş verməsi işğalçıların Dağlıq Qarabağ ətrafını boşaltması demək olacaq ki, bunu da "qürurlarına" sığışdırmırlar. Bunun əksi də Ermənistana yaxşı heç nə vəd etmir, bu, daimi itkilər deməkdir".