XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 22:55

Suriyaya dair Astanada keçiriləcək danışıqlar təxirə salınıb –Səbəb + Yeni tarix

astana-fev

Astanada Suriyaya dair danışıqların sabaha planlaşdırılmış ikinci raundunun tarixi fevralın 16-na keçirilib. 

Bu barədə Suriya Dövlət Televiziyasının məlumatında bildirilir.

Məlumata görə, tarixin dəyişdirilməsinə səbəb Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ ki Qazaxıstana getməməsi göstərilib.   

Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək.   

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır.  Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir. /APA