ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Maykl Flinn Rusiya səfiri Sergey Kislyakla söhbətinin məzmununu açıqlayıb.
Strateq.az "Daily Caller"ə istinadla xəbər verir ki, M.Flinn söhbət zamanı "həddi aşmadığını" bildirib.
Onun sözlərinə görə, telefon danışığı sanksiyalar yox, ABŞ-dan deportasiya olunan 35 rusiyalı diplomat barədə olub.
M.Flinn müsahibəsində qeyd edib ki, sanksiyalar məsələsinə ümumiyyətlə toxunulmayıb.
Sabiq prezident köməkçisi Ağ Ev rəsmilərinin söhbətlərinin mətbuata sızmasından ciddi narahatlıq keçirdiyini bildirib.