XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 10:47

“Mən artıq nazir deyiləm, adi vətəndaşam” –Ziya Məmmədov

ziya-memmedov

"Hazırda evimdəyəm. Aydın olan nəsə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.

Strateq.az xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında keçmiş nəqliyyat naziri Ziya Məmmədov deyib. 

O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: "Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.