Türkiyənin regionda sabitliyin bərpa olunmasında Fars körfəzi ölkələrinin və ilk növbədə Səudiyyə Ərəbistanının dəstəyinə ehtiyacı var.
Bunu “Əl-Ərəbiyə” telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib: “Biz Raqqanı İŞİD-dən azad etdikdən sonra regionu öz sakinlərinə – ərəb qardaşlarımıza təhvil verə biləcəyik. Burada bizim üçün Fars körfəzi ölkələrinin və ilk növbədə Səudiyyə Ərəbistanının dəstəyi mühüm olacaq”.
Trend