XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 17:22

“Bu, bizim üçün daha bir siqnaldır” –Cocuq Mərcanlıya gedən Rusiyalı səfir

doroxin-rus-sefiri

"Buraya baş verənlər haqqında məlumat almaq üçün, peşəkar məqsədlə gəlmişik və məqsədimizə nail olduq".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarəti zamanı deyib.

Onun sözlərinə görə, bu kəndə səfər etmək nümunəvi addımdır: 

"Burada emosional məqam da var. Çünki Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözlərimizlə növbəti dəfə gördük. Münaqişə haqqında oxumaq, eşitmək başqadır, hər şeyi öz gözlərinlə görmək, insanlarla danışmaq başqa. Bu mənada bu, bizim üçün daha bir siqnaldır. Hər halda, mən özüm üçün müəyyən nəticə çıxardım. Rusiya bu münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək". /Report