XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 18:15

Tramp Obamanı qınadı, Putinə mesaj verdi:"Obama sizinlə çox yumşaq davranıb"

obama-tramp

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.

Tramp özünün "Twitter” səhifəsində yazıb: "Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?”.

D. Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair "The New York Times” qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: "Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir”.

Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan (FBİ) şübhələndiyini gizlətməyib: "İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən "New York Times” və "The Washington Post” kimi bədnam qəzetlərə ötürülür”.   

Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir gün əvvəl prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.

APA