XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 22:00

Sarkisyanın iki sensasiyalı qərarına politoloqdan şərh:"Görünür, o, baş nazir olmaq istəmir"

sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan bu gün iki maraqlı qərar verib.

Bu barədə Strateq.az-a açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, birinci qərar ondan ibarətdir ki, apreldə parlament seçkisində hakim Respublika Partiyasının namizədlər siyahısında (Konstitusiya dəyişikliklərinə görə Ermənistanda parlament seçkisi bütövlükdə proporsional – partiya siyahıları əsasında keçiriləcək) yer almayacaq:

"Partiya siyahısına yenin təyin olunan müdafiə naziri Viqen Sərkisyan başçılıq edəcək. Halbuki, Viqen Sərkisyan bir neçə həftə əvvəl partiyaya üzv qəbul olunub.

Serj Sərkisyanın ikinci qərarı isə bundan ibarətdir ki, əgər hakim partiya parlament seçkisində qələbə qazanarsa, indiki baş nazir Karen Karapetyan yeni hökumət formalaşdıracaq. Yeri gəlmişkən, Karen Karapetyan da seçkidə partiya siyahısında yer almayıb. Çünki bunun üçün o, Ermənistan qanunlarına görə, son 4 ili ölkəsində yaşamalıdır. O isə bu vəzifəyə Rusiyadan gətirilib".

Politoloq Sərkisyanın bu iki qərarından hansı nəticənin hasil olduğunu da açıqlayıb:

"Belə görünür ki, Serj Sərkisyan seçkidən sonra baş nazir olmaq istəmir. Halbuki, Konstitusiya dəyişikliklərinə görə, seçkidən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazir olacaq.

Görünür, Sərkisyan ölkəsindəki yaratdığı dərəbəyliyə görə məsuliyyət daşımaq istəmir və ölkəsinin sürükləndiyi fəlakətə görə məsuliyyəti Karen Karapetyana yükləmək istəyir".

Strateq.az