XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 23:34

“Biz də lazımi addımları atacağıq” –Çavuşoğludan Yunanıstana xəbərdarlıq

cavusoglu

Yunan tərəfinin qəbul etdiyi “Enozis” qərarı Türkiyə və Kipr türkü üçün qəbuledilməzdir.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Yunanıstanın qərarı adanı bütünlüklə özlərinə tabe etməkdir:

“Biz bugünə qədər kostruktiv mövqe sərgilədik. Nə istəyib-istəmədiyimizi bilirik. Həmçinin Kiprin türk heyəti də öz mövqeyini ortaya qoyur. Lakin yunan tərəfi masa arxasından qaçır. Müzakirə istərlərsə olacaq. İstəməzlərsə, özləri bilər. Biz də lazımi addımları atacağıq”.

Axar.az