XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 16:05

Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb –Rusiya nəşri açıqladı

Moskva

"VTB Qrupu" "Velazavod bazarı" ASC-nin səhmlərinin 100%-nin satıldığını bəyan edib.

"Vedomosti" qəzeti xəbər verir ki, əqdin dəyəri 712 mln. rubl təşkil edir.

Bank alıcının adını açıqlamayıb. Lakin "Vedomosti"nin əldə etdiyi məlumata görə, bazarın yeni sahibi "Kiyev meydanı" QSC-dir. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib.

"Kiyev meydanı" QSC Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.

"Velazavod bazarı" ASC 2014-cü ildən etibarən "VTB Qrupu"nun aktividir. Ötən ilin sentyabr ayında bank bazarı 2,4 mlrd. rubla satmağa cəhd edib. Lakin bankın cəhdi uğursuz alınıb.

"Kiyev meydanı"nın rəsmisi iddia edir ki, bazarın fəaliyyət istiqaməti dəyişməyəcək. Lakin bazarda ciddi rekonstruksiya işləri aparılacaq.

Xatırladaq ki, Q. Nisanov və Z. İliyev "Forbes" jurnalının versiyasına əsasən, 2016-cı ilin "daşınmaz əmlak kralları" (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən) reytinqinə başçılıq edib. Beləliklə, "Kiyev meydanı" 2015-ci ildə əldəki nailiyyətini təkrarlayıb. /APA