"Əgər Nəsrullah İsrailin milli infrastrukturuna zərbə endirməyə cəsarət etsə, o zaman bütün Livana zərbələr endirəcəyik".
Bunu jurnalistlərə açıqlamasında İsrailin Nəqliyyat və Kəşfiyyat naziri İsrail Kats söyləyib.
“Nəsrullah ağası olan İrana görə Livanı belə tam dağıtmağa hazırdır. Təcili olaraq "Hizbullah"a qarşı sərt sanksiyalar qəbul edib, İrana ağır təzyiqlər etmək lazımdır. Bunun sayəsində Tehran "Hizbullah"ı maliyyələşdirməkdən imtina edə bilər. Artıq İran, Suriya, "Hizbullah" və Livandan ibarət olan şər oxunu məhv etmək lazımdır”, – deyə, o, bildirib.
Qeyd edək ki, bu gün "Hizbullah" lideri Həsən Nəsrullah İsrailin Dimondakı nüvə reaktoru vura biləcəklərini iddia edib. /Axar.az