XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 15:50

SOCAR İranın Milli Neft Şirkəti ilə müştərək beynəlxalqşirkət yaradacaq

n

"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək beynəlxalq şirkət yaratmağı təklif edib".

Bunu İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib.

Ə.Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb: “Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər razılaşdırılsa iki ölkə müştərək beynəlxalq şirkət təsis edəcək”.

Baş direktor, həmçinin SOCAR-ın İrana neft mübadiləsi (neft svopu) ilə bağlı təkliflər verdiyini və hazırda bu məsələnin araşdırıldığını bildirib. “Əlbəttə iki ölkə arasında qədim zamanlardan neft mübadilə olunur. İstəyirik ki, bu mübadiləni daha da fəallaşdıraq”. Ə.Kardor İranda neft hasilatının son durumu ilə bağlı deyib ki, İran  qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq. /APA