XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2017 - 02:05

ABŞ vitse-prezidenti Türkiyə baş naziri ilə görüşdü –İranla bağlı razılaşma olub

pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Türkiyənin baş naziri Binəli Yıldırım arasında baş tutan görüşdə İŞİD-lə mübarizə və İrana dair məsələlər müzakirə olunub.    

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Tərəflər İranın regionda stabilliyi pozmasına yol verməməyə dair razılığa gəliblər. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər”, – deyə Ağ Evin məlumatında bildirilir.  

Pens və Yıldırım terrorizmin bütün formaları ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.  

Bundan başqa, vitse-prezident, NATO üzrə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə qarşısında Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri təsdiqləyərək, Ankaranın İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.