XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 Fevral 2017 - 07:50

Kim Çen Nama qarşı sui-qəsdin görüntüləri yayılıb –VİDEO

Nam

Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Malayziya xarici işlər nazirliyinə çağırılıb.


Bu barədə “Kyodo” agentliyi məlumat verib.

Səfirin çağırılmasının səbəbləri hələ ki, açıqlanmır. Ehtimala görə, bu, KXDR lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə bağlıdır.  

Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. Hadisə ilə əlaqədar Malayziya polisi 4 nəfəri saxlayıb. Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub. Bu gün İnternetdə Kuala-Lumpur hava limanında baş verən hadisənin videogörüntüləri yayımlanıb. Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinib. ABŞ və Cənubi Koreya hökumətləri  Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyinə əmindirlər.  (APA)

 

https://www.youtube.com/watch?v=rWRT85_u59U