XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 14:38

Səfirdən sui-qəsd olayı ilə bağlı şok açıqlama:"Qətlə yetirilən şəxs KXDR liderinin qardaşı deyil"

koreya kim

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Kuala Lumpurdakı səfiri Kan Çhol Şimali Koreya vətəndaşının qətli ilə bağlı Malayziya tərəfinin apardığı istintaqa inanmadıqlarını bildirib.

"Reuters" xəbər verir ki, səfir Malayziyada qətlə yetirilən şəxsin KXDR dövlət başçısı Kim Çen Inın qardaşı olmadığını, mərhumun adının Kim Çhol olduğunu vurğulayıb.

"Hadisədən artıq yeddi gün keçib. Lakin hələ də ölüm səbəbləri barədə heç bir sübut təqdim edilməyib, biz Malayziya polisinə etibar edə bilmərik. Səfirlik qətlə yetirilən şəxsin kimliyini müəyyənləşdirib. Bu, KXDR vətəndaşı Kim Çholdur. Hər halda, onun pasportunda belə yazılıb", – səfir deyib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın Malayziyadakı səfiri KXDR dövlət başçısı Kim Çen Inın qardaşı Kim Çon Namın meyitinin yarılmasının nəticələrini qəti şəkildə qəbul etmədiklrini bildirib, eləcə də Kuala Lumpuru dərhal meyiti Şimali Koreya tərəfinə qaytarmağa çağırıb. /"Report"