XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 20:49

Prezident Xarici Kəşfiyyat Xidmətində struktur dəyişikliklərini təsdiq edib –FƏRMAN

ilham-1

Prezident İlham Əliyev 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişikliklər edilməsi haqqında fərman verib.

Fərmanda qeyd olunur ki,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişikliklər təsdiq edilsin.

Ötən il imzalanmış həmin dəyişiklik Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə edilib. Fərmana əsasən “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu” təsdiq edilib.

Eyni zamanda  “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” və”“Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiqlənib.