Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin vəfat edib.
Strateq.az "İnterfax"a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-i açıqlama yayıb.
V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub və ölkəsini BMT Təhlükəsizlik Şurasına təmsil edib.
Diplomat 65 yaşına bir gün qalmış dünyasını dəyişib. Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir.
"New York Post"un məlumatına görə, ürək dayanmasından keçindiyi vaxtda, saat təxminən 9:30-da V.Çurkin 67-ci Qərb küçəsindəki Rusiya səfirliyində olub.
Diplomatik nümayəndəlikdən ABŞ nəşrinə heç bir əlavə məlumat verilməyib.