Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası çağırılıb.
Sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil edilib. /APA