XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 12:21

“Bir neçə ev açıq səma altında işğal muzeyi kimi qalsın” –Prezidentin müşaviri

kamal

"İşğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı”.

Bunu Azərbaycan prezidentinin müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsində "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!” adlı tədbirdə bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır: "Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”. /APA