XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 13:38

Ermənilər Ağdamda dinc sakinləri atəşə tutub –Düşmən cavab atəşi ilə susdurulub

esgerr

Erməni silahlı bölmələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.