XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 14:30

“Azərbaycan bizim üçün qəbuledilməz olan həll variantı təklif edir” –Serj Sərkisyan

sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan fevralın 20-si Müdafiə Nazirliyində Silahlı Qüvvələrin rəhbər heyətinin müşavirəsinə qatılıb.

"Novator.az"ın məlumatına görə, Sarkisyan müşavirədəki çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarında hər hansı bir irəliləyiş əlaməti görmür və buna görə də cəbhə xəttində sabitliyin qorunması üçün Ermənistanla Azərbaycanın qüvvələr nisbətinin bərabər olması vacibdir.

Sərkisyan qeyd edib ki, Ermənistan indiki vəziyyətin saxlanmasının tərəfdarı deyil: "Biz problemin həllini arzulayırıq. Ancaq azərbaycanlılar bizim üçün qəbuledilməz olan həll variantı təklif edir və məsələ uzanır”.

Ermənistan prezidenti danışıqların davam etdirilməsinə tərəfdar olduğunu vurğulayaraq deyib ki, birtərəfli güzəştlərlə sülhə nail olmaq mümkün deyil: "Biz bunu anlayırıq və Azərbaycandan da birtərəfli güzəşt gözləmirik. İstərdik ki, Azərbaycan rəhbərliyi də bu məqamı başa düşsün”.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.