"Avropa Birliyi üçün əsas problemlər Suriya müharibəsi, Breksit və Donald Trampın ABŞ prezidenti seçilməsidir".
Bunu Belçika parlamentində çıxışı zamanı Avropa Komissiyasının sədri Jan-Klod Yunker söyləyib.
Breksit məsələsinə xüsusilə önəm verən Yunker Britaniyanın AB-dən ayrılmasına hörmət edilməsi gərəkdiyini bildirib:
“Bu problemi düşmənçilik hissi ilə dolu olan ürəklə həll etmək olmaz. Anlamalıyıq ki, Avropa Britaniyaya çox şeyə görə borcludur. Çörçil olmasaydı, biz indi burada toplaşa bilməzdik”.
Axar.az