XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2017 - 18:44

HDP-li deputatın mandatı geri alındı –Türkiyə Böyük Millət Məclisi qərar verdi

figen

Türkiyə parlamentində millət vəkillərinin sayına görə üçüncü sırada olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri millət vəkili statusunu itirib. 

Bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün millət vəkili statusunu itirdiyi açıqlanıb. 

Qərar açıqlanan zaman HDP-çi millət vəkilləri etiraz ediblər. İclası aparan vitse-spiker Ayşenur Bahçekapılı iclasa fasilə verib. 

Qeyd edək ki, F.Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur. /APA