XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 10:20

Mövqeyimizə basqın edən daha bir erməni diversiya qrupu belə məhv edildi –VİDEO

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycanın Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub:

"Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhəboyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir".