XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 14:51

Generalın yaxın qohumu:"Mənzili Çovdarovun hədə-qorxusu ilə....."

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Məhkəmə prosesi "Yeni Yasamal"MTK epizodu üzrə davam edib.

Xatırladaq ki, epizodda həmin MTK rəhbəri Cahangir Alışov istintaq ifadəsində Çovdarov və onu  dəstəsinin ondan 500 min dollar tələb etdiyini və hədə-qorxu ilə 350 min dollar verdiyini bildirib.

Prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edərək bildirib ki, "Yeni Yasamal" MTK-ın rəhbəri Cahangir Alışov barəsində  KİV-də dələduzluq faktı ilə bağlı yazılar çap olunub və həmin yazıları məhkəməyə təqdim elədik: "Məhkəmədən xahiş etdik ki, hökm çıxarılan zaman Cahangir Alışovun xarakterizə olunan məlumat kimi qeyd edilsin".

Vəsatət təmin edilib.

Bundan sonra həmin  epizod üzrə şahid qismində Cəfər Cəfərzadə ifadə verib. O, bildirib ki, Cahangir Alışov Mehdiyev adlı şəxsdən mənzil alıb:" Cahangir həmin mənzili Akif Çovdarova və Nurxan müəllimə göstərilib. Əvəzində isə Alışov həmin şəxsə Karvansaray Ticarət Mərkəzində iki ədəd mağaza verib".

Vəkil həmçinin qeyd edib ki, Cahangir Alışov şahidin ifadəsini təsdiq edib: "Bizdə onun yadına saldıq ki, istintaq vaxtı  6 evi və bir yaşayış sahəsinin 3 ədədi 157 min manata satıb və həmin pula 130 kv ev alıb".

Cahangir Alışov istintaqa verdiyi ifadəni təkzib edib və şahidin dediklərini təsdiqləyib.

Daha sonra şahid qismində Təranə Əmircanova dindirilib. O, Akif Çovdarovun kürəkinin bacısı olduğunu deyib:""Yüksəliş Ç"-dən dəyərini verməklə ev  almışıq. Həmin mənzili qardaşım mənə göstərdi. Xoşuma gəldi, pulu qardaşıma verdim. Daha sonra firmadan Samir adlı şəxs gəldi. Hazır müqavilə gətirdi imzaladıq, iki gündən sonra ödəmə qəbzini də verdi. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Həmin mənzili pulunu ödəmişəm. Evi Akif Çovdarovun hədə-qorxusu ilə deyil, öz istəyimizlə almışıq".

Bundan sonra şahid qismində Faiq Mahmudov ifadə verib. O, istintaqa ifadəsini təsdiqləyib.

Prosesdə fasilə elan edilib.