XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2017 - 16:32

Rusiya ilə İranı birləşdirəcək 2 enerji dəhlizindən biriAzərbaycandan keçəcək

iran-rus

Rusiya-Gürcüstan-Ermənistan və İranı birləşdirəcək “Şimal-Cənub” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırılması 2017-ci ilin ikinci yarısında hazır olacaq.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak Tehranda iranlı həmkarı Bijan Zanaganehlə iki enerji dəhlizini müzakirə etdikdən sonra deyib.

Novak bildirib ki, ikinci enerji dəhlizinin Azərbaycandan keçməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, martın ortalarında mütəxəssislər layihənin reallaşdırılmasını müzakirə edəcəklər.

"RİA Novosti"nin məlumatına görə, “Şimal-Cənub” layihəsi ilə bağlı işə hələ 2015-ci ilin dekabrından başlanıb.

2016-cı ilin sentyabrında isə Batumidə bu enerji dəhlisinin texniki-iqtisadi əsaslandırılması və layihənin reallaşması ilə bağlı gələcək tədbirlər barədə razılaşma imzalanıb. Bu enerji dəhlizinin gücü 1,2 geqavata qədərdir.

Aleksandr Novak İranın cənubunda “Sirik” istilik elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.

O, jurnalistlərlə söhbət zamanı deyib ki, İran çoxlu elektrik stansiyaları tikməyi planlaşdırır və bu müqavilələrin xeyli hissəsini Rusiya ala bilər. Onun sözlərinə görə, İran 8% civarında iqtisadi artım proqnozlaşdırır. /Azadlıq Radiosu