XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2017 - 17:01

Hərbi qulluqçumuz şəhid oldu- Müdafiə Nazirliyi məlumat yaydı

Düşmənin artilleriya atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!