XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 17:06

Lavrov Nalbandyanı təltif etdi- "Dostluq ordeni"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanı "Dostluq ordeni" ilə təltif edib.

Bu barədə "Trend" "RİA Novosti"yə istinadən məlumat verir.

Öz növbəsində, E.Nalbandyan Rusiya Xarici İşlər Nazirliyinin bir sıra əməkdaşlarını Ermənistan XİN-in medalları ilə təltif edib.

Qeyd edək ki, Rusiya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə ATƏT Minsk qrupunun həmsədr ölkəsidir.