XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 15:40

Obamaya israfçı deyən Tramp özü nə qədər xərcləyir?- "Independent" rəqəmləri açıqladı

İnauqurasiya mərasimindən bu yana ABŞ prezidenti Donald Trampın oğlanları ilə birgə ölkədaxili üç səfərinə 11,3 milyon dollar xərclənib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Independent» məlumat yayıb.

Qəzet yazır ki, keçmiş prezident Barak Obamanın ailəsi ilə birgə illik səfər xərcləri 12,1 milyon dollar olmuşdu. Bununla belə, Tramp hər fürsətdə Obamanı israfçılıqda, büdcə pullarının xərclənməsində ifrata yol verməkdə ittiham edirdi.
 

Müəllif qeyd edir ki, Trampın Floridada üç həftəsonu keçirməsi yerli vergi ödəyicilərinə 360 min dollara başa gəlib. Həmçinin oğlu Erik Trampın Urquvaya səfərinə 88 min dollar xərclənib.

Rəqəmlər göstərir ki, Erik Tramp Dominikandakı «Alsol Del Mar» otelində qalarkən Məxfi Xidmətin hər əməkdaşına 5470 dollar ödənilib.  

Trampın hər iki oğlunun Dubaydakı qolf-kurort zonasında istirahəti zamanı isə mühafizəyə 16 min dollar xərclənib.

O da məlum olub ki, Trampın xanımı və oğlunun yaşadığı Nyu-Yorkdakı «Trump Tower»in son bir neçə aylıq mühafizə xərci 26 milyon dollar tutub. Hazırda bu vəsaitin ödənilməsi üçün ABŞ Konqresinə müraciət olunub.

Binanın bundan sonrakı mühafizə xərcləri isə gündəlik 127-146 min dollar olacaq. Prezidentin Nyu-Yorka gəlişi zamanı məbləğ artırılacaq.

Bundan başqa, Nyu-York Yanğınsöndürmə İdarəsi də binada görüləcək profilaktik tədbirlər üçün büdcədən illik 4,5 milyon dollar ayrılmasını tələb edir.