XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 23:03

ABŞ prezidentinin taleyi vitse-prezidentin əlindədir –Ədalətin şıltaqlığı

Pens

ABŞ-ın yeni prezidenti Donald Tramp öz çıxışlarıyla çox adamı narahat edir. Dünyanın bir çox ölkələrindən tutmuş, ABŞ-dakı iri beynəlxalq şirkətlərə, hərbi-kəşfiyyat orqanlarına qədər bir çox qurumların maraqlarını qamçılayan prezidentin atdığı addımlar ölkə rəhbərliyi arasında da çaş-başlıq yaradır, hökuməti çətin vəziyyətə salır. ABŞ-ın Xüsusi Qüvvələr Xidmətinin komandanı general Raymond Tomasın bu yaxınlarda mətbuata açıqlamasındaTrampı xaos yaratmaqda ittiham etməsi, məhkəmələrin bəzi prezident sərəncamlarının qüvvəsini dayandırması və bu kimi hadisələr narazılığın yüksək səviyyədə olduğundan xəbər verir. Getdikcə respublikaçı senator və konqresmenlər belə, yeni administrasiyanın mövqeyindən narazılıqlarını dilə gətirirlər.

Müşahidəçilər bu narazılıqların hakimiyyət çevrilişiylə nəticələnə biləcəyi ehtimalını istisna etmirlər. Bəs, Trampın impiçmentinin hüquqi mexanizmi varmı?

Maraqlıdır ki, var. Özü də bu hüquq Trampın vitse-prezidentinin səlayyəti daxilindədir. 25-ci Qanun dəyişikliyinə əsasən, vitse-prezident ölkənin yaxşı idarə olunmadığını əsas gətirərək, öz rəhbərini vəzifəsindən uzaqlaşdıra bilər. Amma bunun üçün o, konqresdə təmsil olunan respublikaçıların (prezident hansı partiyadandırsa, onun) əksəriyyətinin razılığını almalıdır. Yəni prezidenti öz sıralarından çıxaran partiya onun impicmentinə də qərar verə bilər.

Bəs, vitse-prezident Mayk Pens bu addımı atarmı?

Mütəxəssislər bu suala da müsbət cavab verirlər. ABŞ-da vitse-prezident də səsvermə yolu ilə seçildiyindən, onun təyinatı heç birinci şəxsdən asılı deyil. Bu da Mayk Pensə sərbəst addım atmaq imkanı  verir.

 

Heydər Oğuz

Strateq.az