Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov Kiyevdə 2013-cü ilin sonunda başlayan və 2014-cü ildə davam edən Maydan aksiyaları zamanı onlarla mülki və polisi öldürən snayperlər haqqında bəyanat verib.
Azarov Feysbuk hesabında Maydandakı cinayətlərin Gürcüstan, Baltik ölkələri və Polşadan gələn xüsusi snayper qrupu tərəfindən işlənildiyini bildirib. Bu qrupa alman və fransız mütəxəssislərin rəhbərlik etdiyini qeyd edib:
"10 nəfərdən ibarət olan gürcü qrupu Maydandakı konservatoriya binasına daxil oldu. Üç snayperin kimliyi Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən çəkilən fotolarla təsdiq edilib. 20 fevralda qrup ikiyə yerə ayrıldı. Bir qismi konservatoriya binasından, digərləri də Ukrayna otelindən atəş açdı".
Axar.az