XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 09:33

“Azərbaycan və Ermənistan müharibəyə hazırlaşır və gec-tez toqquşma olacaq” –Rusiyanın tanınmış hərbi eksperti

qarabag

"Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiya və gərginliyin artması ehtimalı var. Amma bunun nə zaman olacağını deyə bilmərəm. Hesab edirəm ki, praktiki olaraq nəticədə eskalasiya qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar aparılmır və tərəflərin mövqeləri bir-birilə qətiyyən uyğun gəlmir. Buna görə də hesab edirəm ki, nəticədə Qarabağ cəbhəsində, eyni zamanda Azərbaycan-Ermənistan sərhədində gərginlik yarana bilməsi mümkündür”.

Bunu Ermənistanın "1in.am" portalına müsahibəsində Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer bildirib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan müharibəyə hazırlaşır və gec-tez toqquşma olacaq:

"Lakin mən qabaqcadan deyə bilmərəm ki, birinci olaraq məhz kim eskalasiyaya başlayacaq. Belə bir xəbər verməyi öhdəmə götürmürəm. Amma bu faktdır ki, hər iki tərəf münaqişənin alovlanmasına hazırdır. Lakin deyə bilmərəm ki, bu kəskinləşmə hansı miqysada və dərəcədə olacaq”.

Pavel Felqenhauer deyib ki, ortada ATƏT-dən başqa bir müşahidəçi yoxdur: "Eyni zamanda, neytrallaşdırılmış zona yoxdur və hər gün tərəflər səngərlərdən bir-birinə atəş açır".

Onun sözlərinə görə, bununla belə, Rusiya Qarabağ cəbhəsində münaqişənin eskalasiyasını istəmir. 

Ekspert ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşünə də Qarabağ münaqişəsi kontekstində toxunub.

O bildirib ki, bu görüş Qarabağa münasibətdə heç bir əhəmiyyətə malik deyil.

"Bu, sadəcə neytral ərazidə görüşdür. Beləliklə, münaqişə Yerevan və Bakı üçün prioritetdir. Amma Moskva üçün yox. İndiki vaxtda Rusiyaya Qarabağda müharibə lazım deyil. Rusiya tərəflər arasında tarazlığı qorumağa çalışır” – deyə o, əlavə edib. /Modern.az