XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 16:37

Gürcü polkovnik girov götürüldü– Azadlığı üçün 1 milyon dollar tələb olunur

Gürcüstan vətəndaşı, polkovnik Soso Osurauli Konqoda qanunsuz silahlı qruplaşmanın üzvləri tərəfindən girov götürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, insident zamanı Gürcüstanın bir vətəndaşı da xəsarət alıb. Hazırda yaralı Konqonun şərqindəki xəstəxanada müalicə olunur və durumun stabil olduğu bildirilir.

İnsidentin başvermə səbəbi ilə bağlı məlumat verilmir.

Nazirlik hərbçilərini Konqoya göndərmədiyini, bu səbəbdən detallar barədə məlumatsız olduğunu bəyan edib.

Gürcüstan mətbuat isə yazır ki, polkovnikin azad edilməsi üçün 1 milyon dollar tələb olunur.