XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 10:01

Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcəkyeni vəkilin adı məlum olub

lapsin-bakida

Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkilin adı məlum olub.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulub.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. /APA